Sinoptiklər yaxın günlər ərzində güclü yağış və dolu proqnozlaşdırırlar

11:14, 08.05.2018

Ətraf Mühitin Qorunmasının Milli Agentliyinin məlumatına görə, bugünün sonundan Gürcüstan ərazisində nisbətən sərin və sulu hava massalarının yayılması nəticəsində güclü yağış yağacaq.

“Mayın 8-dən 10-da qədər Gürcüstan ərazisində sərin və sulu hava massalarının yayılması nəticəsində əsasən, gecə saatlarında güclü yağış və dolu olacaq.

Güclü yağış nəticəsində çayların məcralarından daşması gözlənilir” – deyilir Agentliyin məlumatında.

Oxşar