Sinoptiklər Gürcüstanda 24-25 yanvar tarixlərində yağıntı, 26 yanvardan isə yağıntısız hava şəraiti proqnozlaşdırırlar
Milli Ətraf Mühit Agentliyi 24-26 yanvar tarixlərində Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozuna görə, 24-25 yanvar tarixlərində ölkə miqyasında yağıntılı hava, 26 yanvardan isə yağıntısız hava şəraiti gözlənilir.
“Tbilisidə hava şəraiti əsasən yağmursuz keçəcək, havanın temperaturu gecə saatlarında -2, 0, gündüz saatlarında isə +7, +9 dərəcə qeydə alınacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): 24-25 yanvar tarixlərində yağış yağacağı gözlənilir, 26 yanvarda isə hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu gecə saatlarında +6, +8, gündüz saatlarında +14, +16 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): 24-25 yanvar tarixlərində yağış yağacağı gözlənilir, 26 yanvarda isə hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu gecə saatlarında +4, +6, gündüz saatlarında isə +13, +15 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): 24-25 yanvar tarixlərində yağıntı gözlənilir, 26 yanvarda isə hava şəraiti yağmursuz keçəcək. Gecə saatlarında havanın temperaturu -2, +2, gündüz saatlarında +10, +12 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): 24-25 yanvar tarixlərində qar yağacağı, 26 yanvarda isə yağıntısız hava şəraiti gözlənilir. Havanın temperaturu gecə saatlarında -4, -6, gündüz saatlarında +5, +7 dərəcə qeydə alınacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): 24-25 yanvar tarixlərində bəzi yerlərdə yağıntı, əsasən qar şəklində, 26 yanvarda isə yağıntı olacağı gözlənilir. Havanın temperaturu gecə saatlarında -4, -6, gündüz saatlarında +7, +9 dərəcə qeydə alınacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): 24-25 yanvar tarixlərində bəzi yerlərdə yağıntı, əsasən qar şəklində, 26 yanvarda isə yağıntısız hava şəraiti gözlənilir. Havanın temperaturu gecə saatlarında -3, -5, gündüz saatlarında +8, +10 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): 24-25 yanvar tarixlərində bəzi yerlərdə qar yağacağı, 26 yanvarda isə yağıntı olacağı gözlənilir. Havanın temperaturu gecə saatlarında -5, -7, gündüz saatlarında +4, +6 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): 24-25 yanvar tarixlərində bəzi yerlərdə qar yağacağı, 26 yanvarda isə yağıntısız hava şəraiti gözlənilir. Havanın temperaturu gecə saatlarında -8, -10, gündüz saatlarında -2, +2 dərəcə qeydə alınacaq”, – Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilib.