Sinoptiklər Cənubi Avropa ölkələrində növbəti iki gün ərzində havanın rekord dərəcədə yüksək temperaturunu proqnozlaşdırırlar
Sinoptiklər Cənubi Avropa ölkələrində növbəti iki gün ərzində havanın rekord dərəcədə yüksək temperaturunu proqnozlaşdırırlar

Cənubi Avropa ölkələrində sinoptiklər növbəti iki gün ərzində havanın rekord yüksək temperaturunu proqnozlaşdırırlar.

Xüsusilə İtaliya, Yunanıstan, Fransa, İspaniya və Portuqaliyada havanın temperaturu 40 dərəcəni keçəcək.

Sinoptiklər deyirlər ki, belə yüksək hava temperaturu qitədə adətən iyul və avqustun əvvəlində müşahidə olunur.

Bundan başqa, yüksək hava temperaturu fonunda yanğınların da baş verməsi gözlənilir.

İtaliya hakimiyyəti əhali və turistlərə yerli vaxtla saat 11:00-dan 18:00-dək binalarda qalmağı tövsiyə edir.

İspaniyada təcili yardım personalı səfərbər edilib.