Sinoptiklər bugündən çaylardaki suyun səviyyəsinin artmasını və dağlıq zonalardan torpaq sürüşmələri proseslərinin aktivləşməsini ehtimal edirlər
Gürcüstanda güclü yağış nəticəsində, çaylardaki suların səviyyəsinin artması gözlənilir və bu da, dağ zonalarında torpaq sürüşmələrinə səbəb ola bilər.
Bu barədə məlumatı Ətraf Mühitin Qorunmasının Milli Agentliyi yayır.
Agentliyin məlumatına görə, bugündən iyulun 23-nə qədər Qara Dənizin şimal-qərbindən gələn sərin hava massalarının yayılması Gürcüstanda dolu və yağışa səbəb ola bilər.
Sinoptiklərin proqnozuna görə, güclü külək də gözlənilir.