Şimali və Cənubi Koreyanın nümayəndələri əldə olunmuş razılıqların həyata keçirilməsi barəsində müzakirə aparacaqlar

12:36, 15.05.2018

Pxanmuncom sərhədyanı kəndində, mayın 16-da Şimali və Cənubi Koreyanın nümayəndələri arasında görüş keçiriləcək. Danışıqlar iki ölkənin birləşməsi nazirlikləri səviyyəsində planlaşdırılıb.

Pxenyan nümayəndə heyətində 29, Seulun isə 5 üzvü təqdim olunacaq. Tərəflər əldə olunmuş razılıqların həyata keçirilməsi barəsində müzakirə aparacaqlar.

Sərhədyanı demilitarlaşdırılmış zonada aprelin 27-də Şimali və Cənubi Koreya liderləri arasında tarixi görüş baş tutdu.

Oxşar