Şimali Koreya yeni qitələrarası ballistik raketini təqdim edib
Şimali Koreya yeni qitələrarası ballistik raketini təqdim edib

Şimali Koreya yeni qitələrarası ballistik raketi – “Hwasong-20”ni təqdim edib.

Yerli medianın məlumatına görə, raket hərbçilər tərəfindən ölkə lideri Kim Çen Inin də iştirak etdiyi genişmiqyaslı hərbi paradda nümayiş etdirilib.

Parad hakim “Fəhlə Partiyası”nın yaranmasının 80-ci ildönümünə həsr olunub.

“Hwasong” seriyalı raketlər Şimali Koreyaya ABŞ-ın kontinental hissəsində istənilən yeri hədəfə almaq imkanı verib.

Qərb mediasının qiymətləndirməsinə görə, raketin təqdimatı ilə yanaşı, hədəfə çatmaq üçün tələb olunan idarəetmə sisteminin mükəmməlliyi ilə bağlı hələ də suallar qalmaqdadır. Həmçinin, raketin daşıdığı döyüş başlığının atmosferə yenidən daxil olarkən davam gətirmək qabiliyyətinə malik olub-olmadığı da aydın deyil.