Şimali Koreya ABŞ ilə danışıqlar üçün "əvvəlki kimi hazırdır"
Şimali Koreya ABŞ ilə danışıqlar üçün "əvvəlki kimi hazırdır"

Şimali Koreya Amerika Birləşmiş Ştatları ilə danışıqlar üçün “əvvəlki kimi hazırdır”. Bu barədə Şimali Koreya xarici işlər nazirinin birinci müavini, Kim He Qvan bəyan etdi. Məliumatı ölkənin dövlət televizyası yayır.

Baxmayaraq ki, Amerika Birləşmiş Ştatları planlaşdırılmış görüşü ləğv etdi, Pxenyan istənilən format və vaxt ilə danışıqların davam etdirilməsinə hazırdır. Koreyalı diplomatın dediyinə görə, onlar problemin həll olunması üçün hazırdılar.

Donald Tramp və Kim Çen İnin görüşü Sinqapurda iyunun 12-də planlaşdırımışdı. Lakin  Amerika Birləşmiş Ştatları prezidenti mayın 24-də sammiti ləğv etdi.