Şimali Kipr sahilləri yaxınlığında göyərtəsində təxminən 270 nəfərin olduğu qayıq aşıb, medianın məlumatına görə, bir nəfər həlak olub

18:29, 30.08.2026

Şimali Kipr sahilləri yaxınlığında göyərtəsində təxminən 270 nəfərin olduğu qayıq aşıb.

“Reuters” agentliyinin məlumatına görə, bir nəfər həlak olub.

Qayıq Aralıq dənizinin şərq hissəsində, Mersin vilayətində yerləşən Türkiyənin Taşucu limanı istiqamətində hərəkət edirdi.

Şimali Kiprin nəqliyyat naziri Erhan Arıklının sözlərinə görə, xilas edilən insanlar Girnə (Kireniya) limanına aparılıb.

Oxşar