Sierra-Leone ABŞ tərəfindən deportasiya edilmiş Qərbi Afrika ölkələri vətəndaşlarını qəbul etməyə razıdır

16:29, 16.05.2026

Sierra Leone ABŞ tərəfindən deportasiya edilən Qərbi Afrika ölkələrinin yüzlərlə vətəndaşını qəbul etməyə razıdır. Bu barədə ölkənin xarici işlər naziri Timoti Kabba “Reuters” agentliyinə bildirib.

“Sierra-Leone növbəti 25 ay ərzində hər il Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinə (ECOWAS) üzv dövlətlərin 300 vətəndaşını qəbul etmək üçün ABŞ ilə Üçüncü Ölkə Vətəndaşlığı Sazişi imzalayıb”, – Timoti Kabba bildirib.

Məlum olduğu kimi, deportasiya edilmiş miqrantların ilk dalğası mayın 20-də Sierra-Leoneyə çatacaq və ölkədə Seneqal, Qana, Qvinea və Nigeriyanın 25 vətəndaşı qəbul ediləcək.

“Reuters” agentliyinin yazdığına görə, miqrantlara Sierra-Leonedə uzunmüddətli qalma icazəsinin verilib-verilməyəcəyi hələlik qeyri-müəyyəndir.

Oxşar