“Siemens” şirkətinin baş direktoru və ailəsi Nyu-Yorkda helikopter qəzasında həlak olub
Nyu-Yorkda helikopter qəzası nəticəsində “Siemens” şirkətinin İspaniya və Cənub-Qərbi Avropa üzrə baş direktoru Augustin Eskobar, onun həyat yoldaşı və 4, 5 və 11 yaşlı üç övladı həlak olub. Təyyarə qəzasında pilot da həlak olub.
Nyu York Polis Departamentinin məlumatına əsasən, hadisə yerli vaxtla saat 15:15-də Cersi Siti yaxınlığında baş verib və helikopter Hudson çayına düşüb.
Nyu York Polis Departamentinin məlumatına görə, hadisə ilə bağlı istintaq aparılır.
ABŞ prezidenti Donald Tramp hadisəyə münasibət bildirib.
“Hudson çayında helikopter dəhşətli qəzaya uğrayıb. Belə görünür ki, altı nəfər – pilot, iki yetkin və üç uşaq artıq aramızda deyillər. Qəzaıəks etdirən materiallar dəhşətlidir. Allah mərhumun ailələrinə və dostlarına rəhmət eləsin”, – Donald Tramp yazır.