Şida Kartli polisi yaşayış binasında oğurluq ittihamı ilə iki nəfəri saxlayıb
Şida Kartli polisi yaşayış binasında oğurluq ittihamı ilə iki nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Xaşuri Rayon Şöbəsinin əməkdaşları qrup halında oğurluq ittihamı ilə 2005-ci il təvəllüdlü M.T. və 1997-ci il təvəllüdlü S.B.-nı saxlayıblar. DİN məlumat yayır.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Suramidə yerləşən yaşayış evinə qrup halında qanunsuz daxil olublar və oradan 10.000 lariyə qədər dəyərində elektrik avadanlıqlarını qanunsuz olaraq götürüblər və hadisə yerindən qaçaraq gizləniblər.

Kompleks şəkildə keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları hər ikisini təqsirləndirilən şəxs qismində saxlayıblar.

Polis oğurlanmış avadanlığı maddi sübut kimi götürüb.

İş üzrə Cinayət Məcəlləsinin 177-ci maddəsinin ikinci və üçüncü hissələri ilə istintaq araşdırılır, bu da yeddi ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur”, – DİN-in məlumatında qeyd olunub.