Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Xaşuri Rayon Şölməsinin əməkdaşları bahalı tikinti avadanlığının oğurluğuna görə əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü İ.S.-nı saxlayıblar.
DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Xaşuri bələdiyyəsinin Qomi kəndində kəndində bir şirkətin balansında olan vulkanik torpaq üyüdücü avadanlığı qanunsuz olaraq ələ keçirib. Törədilən cinayət əməli nəticəsində şirkətə 115.000 lariyə qədər maddi ziyan dəyib.
İş üzrə keçirilmiş kompleks əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi müəyyən ediblər və şübhəli şəxs qismində saxlayıblar.
Polis qanunsuz olaraq ələ keçirilmiş bahalı avadanlığı maddi sübut kimi götürüb.
Cinayət işi Cinayət Məcəlləsinin 177-ci maddəsinin ikinci və dördüncü hissələri ilə aparılır, bu da on ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.