Si Dzinpin – Tayvan Çinin müqəddəs ərazisidir və Tayvan boğazının hər iki tərəfindəki insanlar sudan qatı olan qanla bağlıdır
Tayvan Çinin müqəddəs ərazisidir və Tayvan boğazının hər iki tərəfindəki insanlar sudan qatı qanla bir-birinə bağlıdır, – bu barədə Çin prezidenti Si Dzinpin bildirib.
Çin liderinin söylədiyinə görə, vahid Çin siyasəti qorunmalıdır, iqtisadi və mədəni mübadilə və əməkdaşlıq dərinləşdirilməli, Tayvanın müstəqilliyi məqsədi ilə separatçı hərəkətlərə qəti şəkildə qarşı çıxılmalıdır.
Si Dzinpin qeyd edib ki, vətənin tam birləşməsinə nail olmaq lazımdır.
“Çin xalqının böyük cavanlaşmasını həyata keçirmək bütün çinlilərin, o cümlədən Honq-Konq, Makao və Tayvandakı həmvətənlərin ümumi arzusudur. “Biz bir ölkə, iki sistem prinsipini tam, dəqiq və sarsılmaz şəkildə həyata keçirəcəyik,Honq-Konq xalqının hakimiyyəti Honq-Konqda və Makao xalqının hakimiyyəti Makaoda, yüksək muxtariyyət dərəcəsi ilə və qəti şəkildə Honq Konq və Makaonun uzunmüddətli rifahını və sabitliyini müdafiə edəcəyik və təşviq edəcəyik”, – Çin prezidenti bildirib.