Si Dzinpin və Fridrix Merts ikitərəfli əlaqələrdən danışdılar – “Çin strateji tərəfdaşlıqda yeni səhifə açmaq üçün Almaniya ilə əməkdaşlığa hazırdır”

19:01, 23.05.2025

Çin prezidenti Si Dzinpin ilə Almaniya kansleri Fridrix Merts arasında telefon danışığı olub.

Medianın məlumatına görə, onlar ikitərəfli münasibətlərin əhəmiyyəti barədə danışıblar.

“Çin Almaniya ilə hərtərəfli strateji tərəfdaşlıqda Çin-Aİ əlaqələrinin inkişafına kömək edəcək və qlobal iqtisadiyyatın sabit artımına töhfə verəcək yeni səhifə açmaq üçün işləməyə hazırdır”, – Si Dzinpin bildirib.

Bununla yanaşı, Fridrix Mertsin mətbuat katibinin bildirdiyinə görə, hər iki lider qlobal çağırışların öhdəsindən gəlmək üçün əməkdaşlığa hazır olduqlarını vurğulayıblar.

“Kansler ədalətli rəqabətin və qarşılıqlı əlaqələrin vacibliyini vurğulayıb”, – Mertsin sözçüsü qeyd edib.

Rəsmi məlumatlara görə, ötən il Çin-Almaniya ticarət həcmi təxminən 246 milyard avro təşkil edib.

Oxşar