Si Dzinpin Rusiyada planlaşdırılan “BRİCS”in sammitində iştirak edəcək

15:56, 12.09.2024

 
Si Dzinpin Rusiyada planlaşdırılan “BRİCS”in sammitində iştirak edəcək – bu haqda bəyanatı Çinin xarici işlər naziri Van Yi Rusiyanın Prezidenti Vladimir Putinlə görüş zamanı verib.

Onun sözlərinə əsasən, Çinin Prezidenti Rusiya Federasiyasının Prezidentinin dəvətini alıb və o, oktyabrın sonunda Kazanda keçiriləcək “BRİCS”in sammitində iştirak edəcək.

Çinin xarici işlər nazirinin bəyanatına əsasən, sammit zamanı Rusiya və Çinin liderləri “strateji əməkdaşlığın inkişafını davam etdirəcəklər”.

Məlumat üçün bildirək ki, Vanq Yi sentyabrın 11-də Rusiyaya gedib. Bundan əvvəl o, “BRİCS” ölkələrinin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin görüşündə iştirak edib.

Oxşar