Si Dzinpin - mürəkkəb məsələlərin asan həlli yoxdur, Çin Ukrayna məsələsi ilə bağlı danışıqları təşviq etməyə davam edəcək
Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Dzinpin arasında telefon danışığı olub.
Bu barədə Rusiya mediası yazır.
Məlumatda qeyd olunur ki, Çin lideri söhbət zamanı deyib ki, Pekin Rusiya ilə ABŞ arasında təmasların saxlanmasını təqdir edir.
Ukraynada davam edən müharibə ilə bağlı Si Dzinpin deyib ki, mürəkkəb məsələlərin asan həlli yoxdur və Çin sülh və danışıqları təşviq etməyə davam edəcək.