Si Dzinpin Fransa, Serbiya və Macarıstana səfər etməyi planlaşdırır
Si Dzinpin Fransa, Serbiya və Macarıstana səfər etməyi planlaşdırır

 
Çinin Prezidenti Si Dzinpin mayın 5-10-da Fransa, Serbiya və Macarıstana səfər edəcək. Bu haqda Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian açıqlayıb.

O, Fransa ilə ikitərəfli münasibətlərin yaxşı dinamikanı qoruduğunu, hər iki ölkə arasında strateji kommunikasiyaların və praktiki əməkdaşlığın olduğunu bildirib.

“Çin siyasi qarşılıqlı etimadı, həmrəylik və əməkdaşlığı daha da gücləndirmək məqsədilə Fransa ilə işləməyi səbirsizliklə gözləyir”-Lin Cian bildirib.

Bununla yanaşı, Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Si Dzinpin Çin-Serbiya münasibətlərinin yaxşılaşdırılması üçün Serbiyanın Prezidenti Aleksandr Vuçiç ilə danışıqlar aparacaq.