Si Dzinpin – Çin və ABŞ-ın iqtisadi və ticarət əlaqələri ikitərəfli sərfəlidir, qarşıdurma və münaqişə iki ölkənin seçimi olmamalıdır
Çin-ABŞ-ın iqtisadi və ticarət əlaqələri ikitərəfli sərfəlidir, qarşıdurma və münaqişə iki ölkənin seçimi olmamalıdır, – Çin mediasının məlumatına görə, bu barədə Çin prezidenti Si Dzinpin ABŞ-ın seçilmiş prezidenti Donald Trampla telefon danışığı zamanı bildirib.
Si Dzinpin qeyd edib ki, hər iki tərəf əməkdaşlığı gücləndirməli və daha böyük, praktik və yaxşı işlər görməlidir. Onun söylədiyinə görə, bu, hər iki ölkə və bütün dünya üçün, qarşılıqlı hörmət və sərfəli əməkdaşlıq prinsiplərinə əsaslanan dinc yanaşı yaşamaq üçün əlverişlidir.
Çin prezidentinin bildirdiyinə görə, oxşar yanaşmalarla hər iki ölkə sabit, sağlam və davamlı inkişaf yolunda irəliləyəcək.