Səudiyyə Ərəbistanı Suriyanın Hələb şəhərində iki hava limanının inkişafı üçün iki milyard dollar ayırır
Səudiyyə Ərəbistanı Suriyanın Hələb şəhərində iki hava limanının inkişafı üçün iki milyard dollar ayırır

Səudiyyə Ərəbistanı Suriyada investisiya fondu yaradıb və bu fond Suriyanın Hələb şəhərində iki hava limanının inkişafı üçün iki milyard ABŞ dolları ayıracaq.

Bu barədə Səudiyyə Ərəbistanının İnvestisiya naziri Xalid əl-Falih bildirib.

Əl-Falih qeyd edib ki, fond özəl sektor investorlarının iştirakı ilə Suriyada irimiqyaslı layihələri maliyyələşdirməyi hədəfləyir.

Bundan əlavə, “Reuters” agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanının büdcə aviaşirkəti olan “Flynas” və Suriyanın mülki aviasiya xidməti yeni bir aviaşirkət – “Flynas Syria” yaratmaq üçün müqavilə imzalayıblar. Şirkətin m məlumatına əsasən, Suriya tərəfi şirkətin 51%-nə, Flynas isə 49%-nə sahib olacaq. Uçuşların 2026-cı ilin dördüncü rübündə başlaması planlaşdırılır.