Səudiyyə Ərabistanından qaçan və yardım diləyən bacıları, DİN-in Miqrasiya Departamentinə apardılar (video)

Səudiyyə Ərabistanından qaçan və yardım diləyən bacıları, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə apardılar. Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalının jurnalisti yayır.

Miqrasiya Departamentində bacılar – Maha və Vafa Al-Subailər təhlükəsizliyin müdafiə barəsində rəsmi ərizə yazacaqlar.

Gürcüstanın Birinci Kanalı bacılarla söhbət edə bildi. Onlar bəyan edirlər ki, Səudiyyə Ərabistanını ağır şəraitə və onların hüquqlarının daimə pozulmasına görə, tərk etdilər. Onların bəyan etdiklərinə görə, ailə üzvlərinin tələbi əsasında Səudiyyə Ərabistanı onların passportunu ləğv etdi.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları, bacılar – Maha və Vafa Al-Subailərin müvəqqəti yaşadığı ünvanına getdilər. Hüqumühafizəçilərin məqsədi onlarla söhbət etmək idi. Əməkdaşlar onları sığınacaq axtaranların prosedurunun keçməsi barəsində məlumatlandırdılar.

Şərh yaz