Service Agency tətbiqinin yenilənməsindən sonra, qeydiyyatdan keçmiş şəxslər artıq sürücülük hüququ statusu və verilmiş ballar barədə məlumat əldə edə bilərlər
Service Agency tətbiqinin yenilənməsindən sonra, qeydiyyatdan keçmiş şəxslər artıq sürücülük hüququ statusu və verilmiş ballar barədə məlumat əldə edə bilərlər

Service Agency tətbiqində qeydiyyatdan keçmiş şəxslər tətbiqin yenilənməsindən sonra artıq nəqliyyat vasitəsini idarəetmə hüququnun statusu və verilmiş ballar barədə məlumat əldə edə bilərlər, – Xidmət Agentliyi məlumat yayır.

Onların məlumatına əsasən, qeyd olunan məlumatı əldə etmək üçün qeydiyyatdan keçmiş istifadəçi adına verilmiş sürücülük vəsiqəsinin digər məlumatları ilə yanaşı, sürücülük hüququnun statusu və verilmiş balın göstərildiyi sürücülük vəsiqəsi bölməsinə keçməlidir.

“Tətbiqdən istifadə etməyən şəxs xidmətdən istifadə etmək üçün aşağıdakıları etməlidir: tətbiqi App Store və Google Play Store-dan yükləməli; şəxsi məlumatları daxil etməli; sənəd seçməli və vizual identifikasiyadan keçməlidir; qeydiyyatı tamamlamalıdır”, – Xidmət agentliyinin yaydığı məlumatda deyilir.