Sərhəd polisinin əməkdaşları dövlət sərhədini qanunsuz keçmək və qrup halında qanunsuz keçməyə cəhd etmə faktı üzrə beş vətəndaşı saxlayıb

11:35, 05.12.2025

Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisi əməkdaşları “Guguti”, “Sadaxlo” və “Vale” sərhəd sektorlarının mühafizə olunan ərazilərində üç xarici ölkə vətəndaşını – 1992-ci il təvəllüdlü A.V., 1997-ci il təvəllüdlü H.S. və 1977-ci il təvəllüdlü K.O., həmçinin iki Gürcüstan vətəndaşını – 1976-cı il təvəllüdlü M.K. və 1993-cü il təvəllüdlü K.L. Gürcüstan dövlət sərhədini qanunsuz keçmək və qrup halında qanunsuz keçməyə cəhd etmə faktı üzrə saxlayıblar.

Gürcüstan Sərhəd Polisinin məlumatına görə, cinayət 5 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər A.V. və H.S. qrup şəklində qanunsuz olaraq Gürcüstan-Ermənistan dövlət sərhədini keçməyə cəhd ediblər. Təqsirləndirilən K.O. Gürcüstanın dövlət sərhədini qanunsuz keçərək Ermənistan Respublikasından Gürcüstana daxil olub. Təqsirləndirilən M.K. və K.L. isə sərhəd-keçid məntəqəsini yan keçərək Türkiyə Respublikasından Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər

İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin ikinci hissəsi və 344-cü maddəsinin birinci hissəsi ilə aparılır ki, bu da Gürcüstanın dövlət sərhədini qanunsuz, qrup şəklində keçməyə cəhd etməyi və sərhədi qanunsuz keçməyi nəzərdə tutur”, – Sərhəd Polisinin yaydığı bəyanatda qeyd olunub.

Oxşar