Sərhəd Polisinə 30 yeni avtomobil təhvil verilib
Daxili İşlər Nazirliyinin Gürcüstan Sərhəd Polisinə 30 yeni avtomobil təhvil verilib.
Onlardan 20-si yolsuzluq avtomobilidir.
Nəqliyyat vasitələri beynəlxalq standartlara tam cavab verir və çətin relyefdə səmərəli hərəkət etmək üçün nəzərdə tutulub.
Avtomobillərin təhvil verilməsi tədbirində Sərhəd Polisinin rəhbər şəxsləri iştirak ediblər və yeni texnikanın xüsusiyyətləri ilə tanış olublar.
Sərhəd Polisi məlumat yayır.