Sərhəd polisi Gürcüstanın dövlət sərhədinin qrup halında qanunsuz keçilməsi faktı üzrə iki xarici ölkə vətəndaşını saxlayıb

13:30, 20.12.2025

Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları, Batumi Şöbəsinin “Sarpi” sərhəd sektorunun mühafizə olunan hissəsində, iki xarici ölkə vətəndaşı – 1990-cı il təvəllüdlü M.S. və 1999-cu il təvəllüdlü M.E.-ni Gürcüstanın dövlət sərhədini qrup halında qanunsuz keçməsi faktı üzrə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər, Türkiyə Respublikasından Gürcüstana doğru, qrup halında sərhəd-keçid məntəqəsini yan keçərək Gürcüstanın dövlət sərhədini qanunsuz olaraq keçiblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin ikinci hissəsinin “a” yarımbəndi ilə aparılır, bu da 5 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Oxşar