Sərhəd Polisi Gürcüstan sərhədində miqrantın qanunsuz keçirilməsi və sərhədi qanunsuz keçməyə cəhd etmək faktı üzrə iki xarici ölkə vətəndaşını saxlayıb

12:51, 15.05.2025

Daxili İşlər Nazirliyinin Sərhəd Polisi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində, Gürcüstanın dövlət sərhədində miqrantın qanunsuz keçirilməsi və sərhədi qanunsuz keçməyə cəhd etmək faktı üzrə iki xarici ölkə vətəndaşı – 1987-ci il təvəllüdlü H.T. və 1980-ci il təvəllüdlü P.A.-nı saxlayıblar.

Cinayət 5 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Gürcüstan Sərhəd Polisinin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs H.T. idarə etdiyi yük avtomobilinin qoşqusunda miqrant P.A.-nı gizlədərək, sərhəd-keçid məntəqəsini yan keçərək Gürcüstandan Türkiyə Respublikasına qanunsuz şəkildə keçirməyə cəhd edirdi.

Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin 1-ci hissəsi və 19-344-cü əlavə maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır.

Oxşar