Sərhəd Polisi əməkdaşları Gürcüstanın dövlət sərhədinin qrup halında qanunsuz keçilməsi faktı üzrə üç xarici ölkə vətəndaşını saxlayıblar

12:07, 09.01.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları Batumi Bölməsinin sərhəd sektoru “Sarpi”nin mühafizə olunan hissəsində üç xarici vətəndaşını – 1973-cü il təvəllüdlü A.T., 1976-cı il təvəllüdlü N.R. və 1992-ci il təvəllüdlü M.L.-nı Gürcüstanın dövlət sərhədinin qrup halında, qanunsuz keçilməsi faktı üzrə saxlayıblar.

Gürcüstan Sərhəd Polisi məlumat yayır.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər sərhəd-nəzarət buraxılış məntəqəsindən yan keçməklə, Gürcüstandan Türkiyə Respublikası istiqamətində qrup halında, Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd ediblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi ilə aparılır, bu da 5 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar