Sərhəd polisi əməkdaşları Gürcüstan dövlət sərhədini qanunsuz keçmək faktı ilə bağlı iki xarici ölkə vətəndaşını saxlayıblar
Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin operativ-istintaq Baş İdarəsinin əməkdaşları Gürcüstanın dövlət sərhədini qanunsuz keçmək faktı ilə bağlı iki xarici ölkə vətəndaşı – 2000-ci il təvəllüdlü E.D. və 1957-ci il təvəllüdlü A.P.-nı saxlayıblar.
Sərhəd polisinin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən E.D. sərhəd-keçid məntəqəsini yan keçməklə, A.P. isə yük avtomobilinin (trailer) içində gizlənərək Türkiyə Respublikasından Gürcüstan istiqamətində Gürcüstanın dövlət sərhədini qanunsuz olaraq keçiblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin birinci hissəsi ilə aparılır, bu da beş ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.