Sərhəd polisi əməkdaşları qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz şəkildə keçməyə cəhd edən iki xarici ölkə vətəndaşını saxlayıb

11:43, 12.12.2025

Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşları Axaltsixedəki “İrmişçala” sərhəd sektorunun qorunan sahəsində Gürcüstan dövlət sərhədini qanunsuz şəkildə, qrup halında keçməyə cəhd etmək faktı üzrə iki xarici ölkə vətəndaşı – 2001-ci il təvəllüdlü E.B. və 2000-ci il təvəllüdlü M.Ş.-nı saxlayıb.

Gürcüstan Sərhəd Polisinin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qrup halında Gürcüstandan Türkiyə Respublikası istiqamətinə sərhəd-keçid məntəqəsindən yan keçərək Gürcüstanın dövlət sərhədini qanunsuz şəkildə keçməyə cəhd ediblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi ilə aparılır, bu isə 5 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

 

Oxşar