Sərhəd Polisi Aviasiyası Tuşeti istiqamətində qış mövsümünün son mülki reyslərini yerinə yetirib
Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Aviasiyası Kvemo Alvanidən Tuşeti istiqamətində qış mövsümünün son mülki reyslərini yerinə yetirib.
Sərhəd Polisi helikopteri iki mülki uçuş həyata keçirib və yerli əhalini Omalo kəndinə daşıyıb. Həmçinin əraziyə ilkin zəruri ehtiyac eşyaları və ərzaq məhsulları çatdırılıb.
Qış dövründə,avtomobil yolu açılana qədər, Sərhəd Polisi aviasiyası Omalo və ətraf kəndlərin əhalisinə kömək etmək üçün vaxtaşırı uçuşlar həyata keçirir.
Sərhəd Polisinin Xüsusi Təyinatlı Aviasiya Departamenti, sərhədçilərlə birlikdə, dağlıq və gediş-gəlişi çətin olan ərazilərdə yaşayan əhalinin təhlükəsizliyini və onlara kömək göstərilməsini təmin edir.