Serqey Şoyqu İrana gedib
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Serqey Şoyqu rəsmi səfər çərçivəsində İrana gedib. O, Tehranda İranın Prezidenti Masud Pezeşkiyanla artıq görüşüb.
Mediada yayılmış məlumata əsasən, Şoyqu Vladimer Putinin mesajını İranın Prezidentinə çatdırıb və “əldə edilmiş razılaşmalar haqqında hesabat”ı təqdim edib.
Bundan əvvəl Rusiyanın Təhlükəsizlik Şurasının katibi iranlı həmkarı ilə də görüşüb. Medianın yazdığı kimi, tərəflər ikitərəfli əməkdaşlığın məsələlərini müzakirə ediblər.