Sergey Sobyanin Moskvada restoranda baş verən partlayışı terror aktı adlandırıb
Moskva meri Sergey Sobyanin Kudrin meydanında yerləşən “Balzi Rossi” restoranında baş verən partlayışı terror aktı adlandırıb.
“Dünən Moskvada insanların həyatına son qoyan amansız terror aktı həyata keçirilib. Yaralılar hazırda şəhərin xəstəxanalarındadırlar və orada onlara tam tibbi yardım göstərilir, – Sobyanin bildirib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları baş vermiş hadisənin təfərrüatlarını müəyyənləşdirirlər.
Rusiya İstintaq Komitəsi hələlik cinayət işinin açılması barədə rəsmi bəyanat verməyib. Bundan əvvəl, Moskva İstintaq Komitəsindən yalnız müstəntiqlərin “hadisə yerində işlədikləri” bildirilmişdi.
“Telegram” kanallarının məlumatına görə, partlayış zamanı həlak olanların sayı beşə yüksəlib, ən azı altı nəfər isə ağır vəziyyətdədir.
“Balzi Rossi” restoranında partlayış avqusutun 1-də axşam baş verib. Rusiya Milli Antiterror Komitəsinin bildirdiyinə görə, partlayışa bir qadının restorana daxil etməyə çalışdığı əl ilə hazırlanmış partlayıcı qurğunun işə düşməsi səbəb olub. “Telegram” kanallarının məlumatına görə, partlayış günü Rusiyanın Aerokosmik Qüvvələrinin baş komandanı Aleksandr Çayko restoranda ad gününü qeyd edirmiş və ehtimal olunan hədəf də məhz o olub.