Serqey Şamba, Abxaziyada rus hərbi-dəniz bazasının açılmasının planlaşdırılmadığını bildirir
Abxaziyada rus hərbi-dəniz bazasının açılması planlaşdırılmır – bu haqda işğal altındakı Abxaziyanın separatçı rejiminin dırnaqarası xarici işlər naziri Serqey Şamba deyib.
Şamba, Rusiya və Abxaziyanın çoxtərəfli dövlətlərarası əməkdaşlıq qurduqlarını, bunun da ən mühüm istiqamətlərindən birinin təhlükəsizlik sahəsində əməkdaşlıq olduğunu bildirib.
“Rusiyanın 7-ci hərbi bazasının respublikada yerləşdiyini bilirsiniz. Rusiyanın sərhəd qoşunları Abxaziyada, xüsusən də Gürcüstanın güc tətbiq etməmək barədə hüquqi cəhətdən məcburi sənədi imzalamaqdan imtina etməsini nəzərə alsaq təhlükəsizliyin təmin edilməsi işində olduqca mühüm rol oynayır” – Serqey Şamba bildirib.