Sergey Ryabkov - Rusiya və ABŞ ikitərəfli münasibətlərə dair məsləhətləşmələrin üçüncü raundunun tarixini tezliklə razılaşdıracaqlar
Rusiya və ABŞ ikitərəfli münasibətlərə dair məsləhətləşmələrin üçüncü raundunun tarixini tezliklə razılaşdıracaqlar. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov mətbuat konfransında bildirib.
“Düşünürəm ki, biz tezliklə məsləhətləşmələrin üçüncü raundunun tarixini müəyyən edəcəyik. Həmin raundda sırf ikitərəfli məsələlər, yəni son zamanlar “gərginlik yaradan amillər” adlandırılan mövzular müzakirə olunacaq,” – deyə Ryabkov bildirib.
Rus diplomatın dediyinə görə, Rusiya-ABŞ ikitərəfli gündəliyində ləngimə yoxdur, sadəcə texniki fasilədir.