Sergey Ryabkov - Biz Avropa İttifaqı və ya NATO ölkələrinə hücum etməyi planlaşdırmırıq, Rusiya işğalçı məqsədləri güdmür, biz buna hazırıq və hətta bunu hüquqi baxımdan təsdiq edə bilərik
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirir ki, Rusiya Avropa İttifaqı və ya NATO-ya hücum etmək niyyətində deyil və bunu qanuni şəkildə bəyan etməyə hazırdır.
Bu barədə Sergey Ryabkov “Valday” Diskussiya Klubu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb.
“Əlbəttə, biz Avropa İttifaqı və ya NATO ölkələrinə hücum etmək niyyətində deyilik. Rusiya işğalçı məqsədləri güdmür, bu barədə artıq Rusiya prezidenti də qeyd edib. Biz bunu, hətta yazılı şəkildə, bərabər və bölünməz təhlükəsizlik prinsipi əsasında mövcud böhranın mümkün tənzimlənməsi kontekstində hüquqi cəhətdən sənədləşdirməyə hazırıq”, – Ryabkov bildirib.