Sergey Lavrov - Zelenski əvvəlcə tələb edirdi ki, Putin şəxsən gəlsin, o, bədbəxt insandır, hər kəs üçün aydındır
Zelenski əvvəlcə tələb edirdi ki, Putin şəxsən gəlsin, o, bədbəxt insandır, hər kəs üçün aydındır, – bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin dediyinə görə, daha sonra Zelenskinin yüksək vəzifəli yoldaşları ona başa salıblar ki, belə axmaqca davranmaq olmaz, danışıqlar lazımdır.
Lavrov Ukrayna məsələsi ilə bağlı İstanbulda gedən danışıqları intriqalı adlandırıb.
“Əlbəttə ki, hər kəs Ukraynadan indi, sözün əsl mənasında, bu saatlarda və dəqiqələrdə İstanbulda baş verən intriqa ilə bağlı danışır”, – Sergey Lavrov qeyd edib.
Rusiya XİN rəhbərinin bildirdiyinə görə, heç kim Ukrayna ilə bağlı danışıqların maneəsiz davam edəcəyinə zəmanət vermir.