Sergey Lavrov və Van Yi NATO-nun Asiya-Sakit Okean regionunda hərbi qüvvələrin gücləndirilməsi planlarına qarşı çıxıblar
Sergey Lavrov və Van Yi NATO-nun Asiya-Sakit Okean regionunda hərbi qüvvələrin gücləndirilməsi planlarına qarşı çıxıblar

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Çin Xarici İşlər naziri Van Yi NATO-nun Asiya-Sakit Okean regionunda hərbi qüvvələrin gücləndirilməsi planlarına qarşı çıxıblar.

Qeyd olunan barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

“Rusiya və Çin bölgədə hərbi hərəkətlərin və planların, o cümlədən NATO standartlarına uyğun olaraq orada hərbi infrastrukturun yerləşdirilməsi cəhdlərinin qarşısında birləşiblər”, – Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Bəyanata görə, bəzi ölkələrin siyasəti Asiya-Sakit Okean bölgəsində təhlükəsizlik və sabitliyin ASEAN-mərkəzli sisteminin təməlini sarsıtmaq məqsədi daşıyır.

Eyni zamanda, nazirlər qlobal münasibətlər sistemində artan turbulentlik fonunda Rusiya və Çin arasında siyasi dialoqun və praktiki əməkdaşlığın inkişafını yüksək qiymətləndiriblər.