Serqey Lavrov – Ukraynada baş verənlər artıq hibrid deyil, Qərblə Rusiya arasında əsl müharibədir

14:09, 24.01.2023

 

Ukraynada baş verənlər artıq hibrid deyil, Qərblə Rusiya arasında əsl müharibədir – bu barədə Rusiyanın xarici işlər naziri Serqey Lavrov açıqlayıb.

Lavrov bildirib ki, Qərb uzun zamandır Rusiyaya qarşı müharibə hazırlayırdı və rus dilindən tutmuş əsrlər boyu Ukraynada mövcud olan mədəniyyətə qədər hər şeyi məhv etməyə çalışır və insanlara “öz ana dilində danışmağı qadağan edir”.

“Sülhün bərqərar olunması şüarı ilə seçilən Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və indiki prezident Volodimir Zelenski seçildikdən sonra dərhal müharibə prezidentlərinə, rusofob prezidentlərə çevrildilər. Ukraynada rus dilində təhsili, rus dilində medianı, gündəlik həyatda rus dilindən istifadəni faktiki olaraq qadağan edən qanunlar qəbul edilib. Rus dili ilə bağlı hər hansı mədəni əlaqə qadağandır. Və bütün bunlar Qərb tərəfindən dəstəklənir. Nürnberq Tribunalının qadağan etdiyi “svastika”larla, bölmə simvolları ilə neo-nasistlərin müntəzəm yürüşlərini Qərbin dəstəklədiyi kimi. Bütün bunlar Qərb tərəfindən dəstəklənir”-deyə Serqey Lavrov bildirib.

Oxşar