Sergey Lavrov - Ukrayna Rusiya prezidentinin iqamətgahına hücum etməyə cəhd edib, danışıqlarda Moskvanın mövqeyi yenidən nəzərdən keçiriləcək
Ukrayna Rusiya prezidentinin iqamətgahına hücum etməyə cəhd edib, – bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Kiyev rejiminin dövlət terror siyasətinin yekun transformasiyasını nəzərə alaraq, Moskvanın danışıqlarda mövqeyinə yenidən baxılacaq”, – Lavrov bildirib.
Lavrovun dediyinə görə, dekabrın 28-29-da Kiyev 91 pilotsuz uçuş aparatı ilə Putinin dövlət iqamətgahına hücum etməyə cəhd edib. Rusiya XİN-nin qeyd etdiyi kimi, Rusiya tərəfi bütün dronları məhv edib.