Sergey Lavrov - Şimaldan Ermənistana qarşı hazırlanan mifik hücumlar barədə bəyanatları eşitmək bizim üçün bir az qəribədir
Sergey Lavrov - Şimaldan Ermənistana qarşı hazırlanan mifik hücumlar barədə bəyanatları eşitmək bizim üçün bir az qəribədir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirir ki, Moskva Şimaldan Ermənistana qarşı gələn təhlükə ilə bağlı edilən bəyanatları qəribə hesab edir.

“Şimaldan Ermənistana qarşı hazırlanan mifik hücumlar və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mövcud təhlükə barədə vaxtaşırı bəyanatlarını eşitmək bizim üçün bir az qəribədir və bu baxımdan, ortaq tariximizi şübhə altına almaq cəhdlərini də qeyd edirəm.

Siz parlament seçkiləri üçün hazırlıq kampaniyasına başlayırsınız. Sizi əmin edirəm ki, xaricdən kiminsə müdaxilə etməyi planlaşdırdığı barədə siqnallar gəldikdə, Rusiyanın birbaşa adı çəkildikdə və Yerevandan Avropa İttifaqına “bu cür müdaxilənin qarşısını almağa kömək edin” çağırışları eşidildikdə, bütün bunlar bizim üçün qəribədir, – Lavrov Ermənistan Milli Assambleyasının sözçüsü Alen Simonyanla görüşündə bildirib.

Məlumat üçün bildirək ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyunun 7-də planlaşdırılıb. Seçkilərdən yarım il əvvəl Yerevan seçkilərə xarici müdaxilə və hibrid təhdidlərə qarşı mübarizədə kömək üçün Brüsselə müraciət edib.