Sergey Lavrov - Rusiya hələ də ABŞ ilə əməkdaşlığa açıqdır, amma biz iqtisadi əlaqələrə ümid etmirik, ABŞ-ın məqsədi qlobal iqtisadi dominantlıqdır
Sergey Lavrov - Rusiya hələ də ABŞ ilə əməkdaşlığa açıqdır, amma biz iqtisadi əlaqələrə ümid etmirik, ABŞ-ın məqsədi qlobal iqtisadi dominantlıqdır

Rusiya hələ də ABŞ ilə əməkdaşlığa açıqdır, lakin Vaşinqtonun Ukraynadakı müharibəyi bitirmək səylərinə səylərinə baxmayaraq, iqtisadi əlaqələrə ümidimiz yoxdur, – bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov “TV BRICS”lə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya ABŞ-la iqtisadi münasibətlərdə “parlaq gələcək” görə bilmir, çünki ABŞ maksimum dərəcədə iqtisadi dominantlığa diqqət yetirir.

Lavrov müsahibəsində Trampın “BRICS” blokuna qarşı düşmən münasibət bəslədiyini də qeyd edib.

“Amerikalılar “BRICS”ə inteqrasiya yolunda süni maneələr yaradırlar. Biz sadəcə olaraq “BRICS” ölkələri ilə maliyyə, iqtisadi, logistika və digər layihələrimizi inkişaf etdirmək üçün əlavə, qorunan yollar axtarmağa məcburuq”, – deyə Sergey Lavrov bildirib.