Sergey Lavrov - Qərb hər şeyi Rusiya üçün mümkün qədər ağrılı etmək məqsədilə Ermənistanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışır
Sergey Lavrov - Qərb hər şeyi Rusiya üçün mümkün qədər ağrılı etmək məqsədilə Ermənistanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışır

Qərb hər şeyi Rusiya üçün mümkün qədər ağrılı etmək üçün Ermənistanı anti-Rusiya düşərgəsinə çəkməyə çalışır, – bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Qərb müttəfiqlərimizi uzaqlaşdırmağa çalışır — qonşularımızdan başlayaraq, Gürcüstan və Moldova ilə etdiyi kimi, indi Ukrayna ilə etdiyi kimi və hazırda Ermənistanı da eyni yanlış məntiqə cəlb etməyə çalışdığı kimi”, – Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının Assambleyasında çıxışı zaman bildirib.

Lavrovun iddiasına görə, bu yanaşmanın məqsədi Rusiyanın həqiqətən böyük bir güc və sivilizasiya kimi qorunub saxlanılmasını və gücləndirilməsini daha da çətinləşdirməkdir.