Sergey Lavrov - Müzakirə bərabər şərtlərlə aparılsa, Moskva ABŞ-la strateji sabitliyə dair danışıqları bərpa etməyə hazır olacaq
Müzakirə bərabər şərtlərlə aparılsa, Moskva ABŞ-la strateji sabitliyə dair danışıqları bərpa etməyə hazır olacaq, – bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiya xarici işlər nazirinin söylədiyinə görə, hazırki mərhələdə strateji sabitlik üzrə danışıqlara başlamazdan əvvəl əlavə səyə ehtiyac var.
Lavrovun izah etdiyinə görə, Rusiyanın ABŞ-ın hazırkı administrasiyası ilə Bayden administrasiyası ilə müqayisədə daha normal münasibətləri var. Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Moskva Ukraynanın Rusiyaya hücumları barədə Trampın necə məlumatlandırıldığını bilmir.
Lavrov həmçinin bildirib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin binasında çoxlu sayda amerikalı müşavir oturur.
“Ukraynada xüsusi əməliyyat davam edəcək, hərçənd paralel olaraq Rusiya diplomatik tədbirlərə hazırdır. Bölgədə əldə edilən xüsusi əməliyyatın nəticələri bir gün hüquqi sənədlər şəklində rəsmiləşdiriləcək”, – Sergey Lavrov bildirib.