Sergey Lavrov – Moskva Ukraynadakı vəziyyəti həll etmək üçün ciddi təklifləri nəzərdən keçirir, lakin danışıqlar başa çatana qədər təfərrüatları açıqlamayacaq
Moskva Ukraynadakı vəziyyəti həll etmək üçün ciddi təklifləri nəzərdən keçirir, lakin danışıqlar başa çatana qədər təfərrüatları açıqlamayacaq, – bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikan CBS teleşirkətinə müsahibəsində bildirib.
“Biz ciddi insanlarıq və ciddi təklifləri nəzərdən keçiririk. Biz ciddi təkliflər irəli sürürük. Bu, elə bir prosesdir ki, tamamlanana qədər onun haqqında məlumat yayılmamalıdır”, – Lavrov qeyd edib.
Bu, yaxın müddətdə razılığın əldə olunmayacağı mənasına gəlirmi sualına Rusiya XİN “bunu demədiyini” qeyd edib.
“Danışıqlar davam edir və bu başa çatana qədər biz onların məzmununu açıqlamayacağıq”, – Lavrov qeyd edib.