Sergey Lavrov - Moskva Macarıstanın yeni hökuməti ilə münasibətlər qurmağa hazırdır
Moskva Macarıstanın yeni hökuməti ilə münasibətlər qurmağa hazırdır, – bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Biz Macarıstanın yeni hökuməti ilə münasibətlər qurmağa hazırıq. Hər şey bu hökumətin öz milli maraqlarını necə başa düşməsindən asılıdır”, – deyə Lavrov bildirib.
Jurnalistin Rusiya və Avropa İttifaqı arasındakı münasibətlərə dair Macarıstanın yeni hökumətinin mövqeyi ilə bağlı sualına Lavrov, “seçkiöncəsi və seçkidən sonrakı debatlar zamanı insanların dediklərinə” şərh vermək istəmədiyini bildirib.
“Biz konkret addımları nəzərdən keçiririk və istənilən tərəflə münasibətlər qurmağa hazırıq, bir şərtlə ki, bu münasibətlər bərabərliyə, qarşılıqlı faydaya və maraqların balansına əsaslansın. Qalan hər şey ikinci dərəcəlidir”, – Lavrov bildirib.