Sergey Lavrov – Marko Rubionun Konqresdə Ukraynaya dəstək barədə verdiyi bəyanatlar Baydenin müharibəsinin Trampın müharibəsinə çevrildiyini göstərirdü
ABŞ dövlət katibi Marko Rubionun Konqresdə Ukraynaya dəstəklə bağlı verdiyi bəyanatlar göstərir ki, “Baydenin müharibəsi” “Trampın müharibəsinə” çevrilib, – bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Marko Rubionun Konqresdə ABŞ-ın vasitəçi deyil, Ukraynaya dəstək verən bir ölkə rolunda olması ilə bağlı dedikləri bunun əksini göstərir – Baydenin müharibəsi artıq Trampın müharibəsinə çevrilib. Marko Rubionun dediklərini və onunla işgüzar münasibətlərimin olduğunu, əslində, iki həftə əvvəl Ukraynadakı vəziyyəti müzakirə etdiyimizi, həmçinin onun Ukraynaya dəstəklə bağlı söylədiklərini nəzərə alsaq, ABŞ və Avropanın yanaşmalarında artıq əhəmiyyətli bir fərq yoxdur”, – Lavrov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, avropalılar üçün Ukraynanı NATO-ya qəbul etmək Avropa İttifaqına qəbul etməkdən qat-qat asandır, çünki sonuncu halda ikincisi dağılacaq.