Sergey Lavrov bəyan edir ki, NATO üçüncü dünya müharibəsinə yol verməmək üçün kifayət qədər dəngəlidir
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ümid edir ki, Rusiya ilə normal dialoq keçirilmədən müəyyən insindentlərin riskinin artmasına baxmayaraq, NATO üçüncü dünya müharibəsinə yol verməmək üçün kifayət qədər dəngəlidir.
Bu bəyanatı Sergey Lavrov Fransa medyası üçün verilən müsahibə zamanı verdi.
Nazirin dediyinə görə, NATO-Rusiya şurasının iclası iki il ərzində üç dəfə keçirildi və görüşlər nəticəsiz başa çatdı.
Bununla yanaşı, Sergey Lavrov Ukraynada, Gürcüstanda və Qara dənizdə NATO təlimlərini provokasiya adlandırdı.
Sergey Lavrov hesab edir ki, NATO-nun Rusiya ilə dialoqdan imtina etməsi, ABŞ-ın təsiridir, hansı ki, sanksiya çərçivəsində, Pentaqona Rusiya ilə ünsiyyəti qadağan etdi.