Sergey Lavrov –ABŞ tarixinin kritik mərhələlərində Rusiya Amerika dövlətçiliyinin formalaşması və qorunub saxlanmasına davamlı olaraq kömək edirdi
ABŞ tarixinin kritik mərhələlərində, Britaniya İmperiyasından müstəqillik uğrunda mübarizə illərində və Vətəndaş müharibəsi zamanı Rusiya Amerika dövlətçiliyinin formalaşmasına və qorunub saxlanmasına davamlı olaraq kömək edirdi, – bu barədə Sergey Lavrovun ABŞ müstəqilliyinin 250 illiyinə həsr olunmuş təbrik məktubunda qeyd edilib.
Rusiya xarici işlər nazirinin qeyd etdiyi kimi, bu mühüm ildönümü qlobal nizam üçün kritik bir vaxtda qeyd olunur.
“Ölkələrimiz arasındakı alyans İkinci Dünya Müharibəsi zamanı və bu gün də bizə faşizmin, nasizmin və milli eksklüzivlik ideologiyasının hər hansı təzahürünə müqavimət göstərmək barədə müştərək qərarımızı xatırladır“, – məktubda qeyd olunub.
Lavrovun sözlərinə görə, Moskva BMT Nizamnaməsinin prinsiplərinə sadiq qalmağa davam edir, hansı ki, Rusiya bu prinsiplərlə Amerika Birləşmiş Ştatları və digər qalib dövlətlərlə birlikdə müharibədən sonrakı beynəlxalq münasibətlər sisteminin əsasını qoyub və bu sistem bu günə qədər bəşəriyyət üçün hüquqi və mənəvi bələdçi rolunu oynayır.
“Əminəm ki, fundamental milli maraqların qarşılıqlı anlaşılmasına əsaslanan, bərabərlik, qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq ruhunda səmimi dialoq qurmaqla Rusiya və Amerika Birləşmiş Ştatları mühüm nəticələr əldə edə biləcək, ən mürəkkəb qlobal və regional problemlər üçün birgə effektiv həll yolları tapacaqlar“, – Lavrovun təbrik məktubunda deyilib.