Sergey Lavrov - ABŞ artıq Prezident Donald Trampın administrasiyası dövründə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir
ABŞ artıq Prezident Donald Trampın administrasiyası dövründə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir, – bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Artıq Donald Trump administrasiyası dövründə getdikcə daha müstəqil şəkildə, belə demək mümkünsə, yeni sanksiyalar qəbul olunur, bundan başqa, Co Bayden dövründə tətbiq edilən bütün sanksiyalar müntəzəm olaraq davam etdirilir”, – Lavrov qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Ukrayna müharibəsindən də danışıb və bildirib ki, avropalı radikallar ABŞ-ın təklif etdiyi nizamlamanın Ukraynada icrasına icazə vermək istəmirlər.
“Açığını desək, Avropalı radikallar, neoliberallar və neonasistlər Volodimir Zelenski rejimi ilə birlikdə ABŞ tərəfindən hazırlanmış nizamlanma planlarının həyata keçirilməsinə mane olmaq mövqeyindədirlər”, – Sergey Lavrov bildirib.