Sergey Lavrov - ABŞ-ın İran münaqişəsi və Hörmüz boğazındakı mövcud vəziyyətlə bağlı Çindən nə istədiyini anlamaq çətindir
ABŞ-ın İran münaqişəsi və Hörmüz boğazındakı vəziyyət kontekstində Çindən nə istədiyini anlamaq çətindir, – bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı təcavüzə başlamasına qədər Hörmüz boğazı dəniz daşımaları üçün açıq idi.
“Bunun Çin Xalq Respublikası ilə nə əlaqəsi var və amerikalılar bu məsələdə Çindən nə tələb edirlər – bunu anlamaq mənim üçün çətindir”, – deyə Lavrov bildirib.
Sergey Lavrov ABŞ-ın Çindən Hörmüz boğazının açılması ilə bağlı İrana təsir göstərməsi tələbini “sadə hiylə adlandırıb.
“Əlbəttə ki, bu, sadə bir hiylədir. Bunun beynəlxalq diplomatiyanın izləməli olduğu bir nümunə olduğunu düşünmürəm”, – deyə Lavrov qeyd edib.