Serqey Qayday – 2023-cü ildə Luqansk vilayətini tamamilə azad edəcəyimizə əminəm

10:32, 09.12.2022

 

Luqansk vilayətinin qubernatoru Serqey Qaydayın proqnozuna əsasən o, Ukrayna Silahlı Qüvvələrinin 2014-cü ildə müəyyən edilmiş ayırıcı xəttə qışın sonuna kimi çata biləcəyinə, 2023-cü ildə isə Luqansk vilayətini tamamilə azad edəcəklərinə əmindir.

Bu barədə Luqansk vilayətinin qubernatoru Serqey Qayday televiziya müsahibəsində bildirib.

Bununla yanaşı, Qayday Rusiyanın Luqansk vilayətinə çoxlu sayda hərbi texnika və canlı qüvvə səfərbər etdiyini, bu səbəbdən də ukraynalıların irəliləməsinin çətin olacağını söyləyib.

Oxşar